"Qəbələ" Rumıniya klubu ilə bacarmadı – Qardaş ölkədə

12 Yanvar 2023 19:00 Qəbələ 629
"Qəbələ" Rumıniya klubu ilə bacarmadı – Qardaş ölkədə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Rumıniyadan "Sepsi" ilə üz-üzə gəlib.

"Arcadia Sports Senter"də baş tutan matçda qalib müəyyənləşməyib.

Azərbaycan təmsilçisindən qolları 7-ci dəqiqədə Ülvi İsgəndərov və 66-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.

83-cü dəqiqədə Qəbələnin eyniadlı komandasından Ruan Renato qırmızı vərəqə ilə meydandan qovulub.

Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Antalyada daha iki yoxlama matçına çıxacaq. “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti