Klub prezidenti AFFA-dan istədi – Cərimələrin məbləğini aşağı salın

8 Yanvar 2023 14:00 Qəbələ 605
Klub prezidenti AFFA-dan istədi – Cərimələrin məbləğini aşağı salın

«Qəbələ»nin prezidenti Fariz Nəcəfov AFFA-nı öz tələbi ilə tanış edib.

Əyalət klubunun rəhbəri federasiyadan Premyer Liqa təmsilçilərinə tətbiq olunan cərimələrin məbləğini aşağı salmağı istəyib.

Qurum mənsubları ilə görüşdə bildirib ki, hər hansı hadisəyə görə kəsilən cərimələr onların büdcələrinə böyük zərbə vurur və bu da özlüyündə başqa problemlərin yaranmasına gətirib çıxarır.

Nəcəfov deyib ki, AFFA tərəfindən oyunlara təyinat alan nümayəndələr hər xırda çatışmazlığa görə raport yazır, halbuki əvvəllər belə hallarda klubların vəziyyəti nəzərə alınırdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu