Bu gün bölgə təmsilçisinə 6 legioner qoşulacaq

5 Yanvar 2023 16:40 Qəbələ 855
Bu gün bölgə təmsilçisinə 6 legioner qoşulacaq

Premyer Liqanın avrokuboklara vəsiqə qazanmağa iddialı komandalarından olan “Qəbələ” də qış hazırlığına başlayıb.

Bölgə təmsilçisi yanvarın 4-ü səhər saatlarında vətəni tərk edərək Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb.

Baş məşqçi Elmar Baxşıyev Bakıdan qardaş ölkənin turist şəhərinə özü ilə 20 futbolçu aparıb. Hamısı yerli oyunçular.

“Qəbələ”nin 6 legioneri komandaya yanvarın 5-də qoşulacaq.

Baxşıyevin üzünü güldürən əsas məqam kollektivdə zədəli və xəstə futbolçuların olmamasıdır. Bu isə o deməkdir ki, komanda təlim-məşq toplanışını tam şəkildə keçə biləcək.

Bölgə təmsilçisi çempionatın ikinci yarısına mövsümə başladığı heyətlə davam edəcək. Baş məşqçi heyətin qorunub saxlanılmasında maraqlıdır.

Eyni zamanda, komandasının 1-2 futbolçu ilə güclənməsini də istəyir. Lakin bunun üçün büdcədə pul qalmayıb.

“Qəbələ”nin Antalya toplanışı yanvarın 4-dən 17-dək nəzərdə tutulub. “Qırmızı-qaralar” bu müddətdə iki yoldaşlıq görüşü keçirəcək.

Yanvarın 12-dəki rəqibin adı “Sepsi”dirsə (Rumıniya), ayın 16-dakı sınaqda meydanın qarşı tərəfində “Teplitse”nin (Çexiya) futbolçuları dayanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"