FOTO - Azərbaycan Premyer Liqasının daha bir klubu...

4 Yanvar 2023 21:00 Qəbələ 793
FOTO - Azərbaycan Premyer Liqasının daha bir klubu...

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını gerçəkləşdirmək üçün Türkiyəyə yollanıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.

Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. Əyalət təmsilçisi yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!