Tale Heydərovdan pul istənildi – Heç olmasa, 1 legioner alaq…

4 Yanvar 2023 15:00 Qəbələ 930
Tale Heydərovdan pul istənildi – Heç olmasa, 1 legioner alaq…

«Qəbələ» idarəçiləri klubun sahibi və fəxri prezidenti Tale Heydərova müraciət edib.

Funksionerlər Londonda yaşayan iş adamından köməklik istəyib.

Məsələ budur ki, komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. «Qırmızı-qaralar» həm Premyer Liqa, həm də ölkə kuboku vasitəsilə Konfrans Liqasına vəsiqə qazanmaq şansı yaxalayıb.

Baş məşqçi Elmar Baxşıyev rəsmilərə izah edib ki, heyətin gücləndirilməsi zəruridir. O, heç olmasa, 1 yeni legionerin alınmasını istəyib.

İşə bax ki, yönətim ona da pul tapmadığını deyir.

Doğrudur, buna inanmaq çətindir, ancaq fakt odur ki, Tale Heydərov əlini cibinə salmasa, «Qəbələ» cəbhəsindən gələn ağlamalı xəbərlərin ardı-arası kəsilməyəcək.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesmen oğlu ötən ilin əvvəlində də belə bir aksiya keçirmişdi. Onun tərəfindən kluba 200 min manatlıq əlavə dotasiya ayrılmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"