“Düzdür, “Qarabağ”ı udduq, amma yenə də favorit biz deyilik”

4 Yanvar 2023 23:40 Qəbələ 543
“Düzdür, “Qarabağ”ı udduq, amma yenə də favorit biz deyilik”

“Düzdür, turnirin qalibi olmağa ən böyük namizəd olan komandanı məğlub etdik.

Lakin düşünürəm ki, yenə də favorit biz deyilik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov deyib.

“Qırmız-qaralar” ölkə kubokunda mübarizəni davam etdirən son 4 iştirakçı arasındadır. “Qarabağ”ı ¼ final mərhələsindən uzaqlaşdıran ətalət təmsilçisi yarımfinalda “Səbail” ilə düşüb.

Millinin sabiq üzvü turnirdə favorit olmadıqlarını dilə gətirib:

“Sona qədər mübarizə aparacağıq. Mən buna söz verə bilərəm. Kubokda heç nəyi qabaqcadan bilmək olmur.

Bu, elə turnirdir ki, istənilən komanda sürpriz edə bilər. Diqqətli olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!