"Qəbələ" bu futbolçuları da Antalyaya aparır - DÖRD YENİ AD

3 Yanvar 2023 23:00 Qəbələ 938
"Qəbələ" bu futbolçuları da Antalyaya aparır - DÖRD YENİ AD

“Qəbələ”də istirahət başa çatır.

Komanda Türkiyədə baş tutacaq təlim-məşq toplanışı üçün sabah bir araya gələcək.

Mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq bölgə klubunda düşərgəyə yeni simalar da qoşulacaq.

Söhbət “Qəbələ-2”dən əsas komandaya cəlb ediləcək gənc futbolçulardan gedir.

Maliyyə sıxıntısı səbəbindən heyətin yeni transferlərlə gücləndirilməsinin mümkünsüzlüyünü görən məşqçilər korpusu əvəzedici heyətdən 4 futbolçunu – Gülağa Əsədov, Rauf Rüstəmli, Nicat Əliyev və Fərid İsgəndərovu Türkiyə toplanışına aparmağa qərar verib.

Adıçəkilən gənclərdən kim özünü hazırlıq çərçivəsində yaxşı tərəfdən göstərsə, mövsümün ikinci yarısı həmin futbolçuları Premyer Liqa görüşlərində görə bilərik.

“Qırmızı qaralar” yanvarın 4-dən 17-dək Türkiyədə baş tutacaq toplanışda “Limak Limra” otelində məskunlaşacaq.

Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu