”Bununla razı deyiləm, inanmıram ki, hansısa futbolçu…"

1 Yanvar 2023 23:00 Qəbələ 595
”Bununla razı deyiləm, inanmıram ki, hansısa futbolçu…"

”Builki məqsədimiz yenidən avrokuboklara vəsiqə qazanmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Qəbələ”nin müdafiəçisi Murad Musayev deyib.

Uzun müddətdir ”qırmızı-qaralar”ın formasını geyinən mərkəz oyunçusu istər Premyer Liqada, istərsə də ölkə kubokunda sonadək mübarizə aparacaqlarını bildirib:

”Çempionatın son turunda ”Turan Tovuz”ı udmaq istəyirdik, amma 1 xal qazandıq. Çemodan əhval-ruhiyyəsi? Xeyr, bununla razı deyiləm.

İnanmıram ki, hansısa futbolçu istirahət haqda düşünürdü. Onsuz da, bu oyundan sonra fasilə yaranacaqdı.

Yəni istəsəydik də, istəməsəydik də, çempionatın ilk yarısı başa çatırdı. Əksinə, qalib gəlsəydik, əhval-ruhiyyəmiz daha yaxşı olacaqdı”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!