"Qəbələ"də bu legionerin durumuna aydınlıq gəldi

1 Yanvar 2023 19:40 Qəbələ 919
"Qəbələ"də bu legionerin durumuna aydınlıq gəldi

"Qəbələ"nin qış fasiləsində yollarını ayıracağı gözlənilən Andrey Strijakın durumuna aydınlıq gəlib.

O, mövsümün ikinci yarısını da bölgə klubunda keçirəcək.

Yarımmüdafiəçi qış təlim-məşq toplanışında "qırmızı qaralar"la birgə olacaq.

23 yaşlı ukraynalı mövsümün əvvəli transfer olunub. O, arxada qalan 6 ayda 6 oyun keçirib.

Və bu müddətdə cəmi 63 dəqiqə oynamaq imkanı qazanıb.

Mövqeyində İsnik Alimi və Abubakal kimi parlaq simaların olması gənc futbolçunun start heyətdə oynamaq arzusuna mane olur.

Digər mövqelərdə oynamaq bacarığının aşağı olması da futbolçuya əngəl törədən faktlardan biridir.

Ona növbəti dəfə şans verilib. Təbii ki, bunda az maaş müqabilində komandada çıxış etməsi də rol oynayıb.

Amma qışdan sonra da eyni mənzərə davam etsə, yəqin ki, yayda onunla yollar ayrılacaq.

Kiyev “Dinamo”sunun yetirməsi olan Strijak peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti