Kiyev "Dinamo"sunun yetirməsinə təklif irəli sürdü – Pul istəmə, çıx get

29 Dekabr 2022 20:00 Qəbələ 934
Kiyev "Dinamo"sunun yetirməsinə təklif irəli sürdü – Pul istəmə, çıx get

"Qəbələ" avqustda sıralarına qatdığı legionerə müqaviləni pozmağı təklif edib.

Söhbət Andrey Strijakdan gedir.

Yayda yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayan “qırmızı-qaralar" onda heç bir perspektiv görmür. 23 yaşlı ukraynalı əsas heyətə düşmür, nadir hallarda meydana çıxır.

Əyalət təmsilçisi Elmar Baxşıyevin sevgisini qazana bilməyən Andreydən müqaviləni qarşılıqlı razılaşma əsasında pozmasını xahiş eləyib. Yəni 1 dollar təzminat ödəmədən.

Kiyev “Dinamo”sunun yetirməsi olan Strijak peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti