“Biz yerimizdə saymağa məcburuq” – Azərbaycanlı klub rəhbəri

29 Dekabr 2022 01:00 Qəbələ 457
“Biz yerimizdə saymağa məcburuq” – Azərbaycanlı klub rəhbəri

“Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a müsahibəsində “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Futbol Akademiyasının fəaliyyəti ilə bağlı danışarkən deyib.

44 yaşlı funksioner akademiya üçün maliyyə çatışmazlıqlarının olduğunu vurğulayıb:

“Gedişatda nisbətən düzəlmə olmasına baxmayaraq, hələ də kəsirlərimiz var. Belə vəziyyətdə tam qaneedici işdən danışmaq mümkün deyil.

Əlimizdə olan imkanlar, kollektivin uzun müddət bizimlə birlikdə çalışması, yaxşı təcrübə toplaması xeyrimizə olan məqamlardır.

Lakin günün reallıqları da var. İstər məişət səviyyəsində, istərsə də təlim və tədris işlərində indikindən daha keyfiyyətli işlər görmək mümkündür”.

F. Nəcəfov əlavə edib ki, hazırkı şərtlər altında yalnız ölkə səviyyəsində futbolçular üzə çıxarmaq mümkündür:

“Ciddi iş görmək üçün mütənasib maliyyə tələb olunur. Dövr dəyişir, idmanda tətbiq olunan metodlar, texnologiya yenilənir.

Kollektivi inkişaf etdirmək üçün seminarlar, futbolçuları inkişaf etdirmək üçün keyfiyyətli məşq, beynəlxalq yarışlar, peşəkar tibbi,

sosial və psixoloji dəstək tələb olunur. Belə vəziyyətdə isə yalnız ölkə səviyyəsində futbolçular üzə çıxarmaq mümkündür.

Lakin xüsusi səylərimiz nəticəsində yaxın vaxtlarda ölkə futboluna yeni adlar qazandıracağımıza heç şübhəm yoxdur. İş hər zaman yalnız maliyyədən asılı olmur”.

Digər Xəbərlər
Xəbər Lenti