“Qarabağ” bizi yordu” - “Qəbələ”nin qazana bilməməsinin səbəbi üzə çıxdı

27 Dekabr 2022 19:40 Qəbələ 436
“Qarabağ” bizi yordu” - “Qəbələ”nin qazana bilməməsinin səbəbi üzə çıxdı

“Qələbə qazanmaq istəyirdik. Heyif, məqsədimizə çata bilmədik”.

“Qəbələ”in müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində komandasının “Turan Tovuz”la qolsuz bərabərliklə başa çatan oyununu şərh edib.

Meydan sahibləri oyunboyu üstün tərəf görünərək bir neçə əlverişli qol imkanı yaratsa da, topu qapıdan keçirmək mümkün olmadı. Halbuki, 3 xal onlara hava-su kimi lazım idi.

Əvəzində, çempionatın debütantı olan Tovuz təmsilçisi qapısının toxunulmazlığını qorumaqla ehtiyac duyduğu 1 xalı aktivinə yazdı.

Murad saytımıza açıqlamasında qalib gələ bilməmələrinin səbəbini yorğunluqla əlaqələndirib:

“Komandadakı yorğunluq özünü açıq-aşkar göstərirdi. Son vaxtlar sıx qrafikdə oynayırdıq. Təxminən eyni heyətlə 4-5 gündənbir oynamaq heç də asan deyil.

“Qarabağ” kimi güclü rəqiblə 11 gün ərzində 3 görüş keçirmək futbolçularda yorğunluq yaratmışdı. Fikrimcə, bu məqam heç-heçədə əsas rol oynadı".

Murad Musayev cari Premyer Liqa mövsümündə 18 oyunun 16-da meydanda olmaqla 1 qol vurub. “Qəbələ” isə topladığı 25 xalla 5-ci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti