"Qəbələ"də baş məşqçinin hansı istəyinə razılıq verilmədi?

27 Dekabr 2022 17:00 Qəbələ 836
"Qəbələ"də baş məşqçinin hansı istəyinə razılıq verilmədi?

Azərbaycan Premyer Liqasında qış fasiləsi iki gün əvvəl start götürdü.

Amma sirr deyil ki, artıq bir neçə həftə əvvəldən mövsümün ikinci yarısı üçün klublarımız transfer çalışmalarına başlayıblar.

Lakin bunu heç də bütün klublarımıza şamil etmək olmaz.

Məsələn, "Qəbələ" kimi.

Bölgə klubu böyük ehtimal qış "transfer bazarı"da ən passiv klublarımzdan biri olacaq.

"Qırmızı qaralar" ən yaxşı halda heyətə 1-2 oyunçu cəlb etməyi planlaşdırır.

Əslində baş məşqçinin istəyi sayın daha çox olmasıdır. Çünki heyət kasaddır və arxada qalan turlar da bunu əyani göstərdi.

Ancaq büdcənin yetərsizliyi rəhbərliyin əl-qolunu bağlamış olur. Baş məşqçinin istəklərini qarşılamağa yetmir.

Heç 1-2 oyunçu transferi də dəqiq deyil. Yəni rəhbərlik bu barədə vəd verməyib.

Bu, ən yaxşı halda ola bilər. İndiki heyətlə mövsümü baş vurmaq ehtimalı da kifayət qədər yüksəkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"