“Qəbələ”dən - Xam xəyal, yoxsa..?

26 Dekabr 2022 21:00 Qəbələ 444
“Qəbələ”dən - Xam xəyal, yoxsa..?

“Finala çıxmaq asan olmayacaq”

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov deyib.

Ölkə kubokunun ¼ final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Qəbələ” yarımfinalda “Səbail” ilə qarşılaşacaq.

Əyalət komandasının arxa xətt oyunçusu Bayıl təmsilçisi haqda xoş fikirlər söyləyib:

“Yarımfinalda rəqibimiz "Səbail"dir. Onlar "Sabah" kimi güclü rəqibi hər iki oyunda məğlub edərək bura gəlib.

Bu da “Səbail”in asan rəqib olmadığını göstərir. Mövsümü uğurlu nəticəylə başa vurmaq istərdik.

Yenidən Konfrans Liqasında iştirak etmək arzumuzdur. Bunün üçün həm Premyer Liqada, həm də ölkə kubokunda sonadək mübarizə aparmaq əzmindəyik”.

Digər Xəbərlər
Xəbər Lenti