Adı "Neftçi" ilə yanaşı çəkilən braziliyalıdan NƏ XƏBƏR VAR?

26 Dekabr 2022 20:00 Qəbələ 1 498
Adı "Neftçi" ilə yanaşı çəkilən braziliyalıdan NƏ XƏBƏR VAR?

Qış fasiləsində heyətini gücləndirmək yolunda aktiv axtarışlarını həftələrdi davam etdirən klublardan biri də "Neftçi"dir.

Artıq bir neçə futbolçunun adı "ağ qaralar"la birgə hallanır.

Məsələn, "Qəbələ"nin forvardı Rafael Utziq kimi.

Braziliyalı oyunçunun mövsümün ikinci yarısını paytaxt klubunda keçirəcəyi çıxan xəbərlər arasında yer alır.

Ancaq "qırmızı qaralar"ın fanatlarının narahatlığına əsas yoxdur.

Klubdan əldə etdiyimiz məlumata görə, Utziqin ayrılması gözlənilmir.

Onunla mövsümün sonuna kimi müqavilə qüvvədədir. "Neftçi"dən legionerlə bağlı heç bir rəsmi təklif də göndərilməyib.

Yalnız yüksək ödəniş rəsmiləri fikrindən daşındıra bilər. Bu ehtimal isə indiki halda elə də real deyil.

26 yaşlı legioner 2020-ci ildən təmsilçimizin şərəfin qoruyur. O, "Qəbələ" formasında meydana çıxdığı 75 oyunda 13 qol və 9 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti