3000 manatın istisinə qızınan "Qəbələ" MİLADı qarşılamağa tələsincə...

26 Dekabr 2022 09:40 Qəbələ 549
3000 manatın istisinə qızınan "Qəbələ" MİLADı qarşılamağa tələsincə...

Yeni mövsümün açılış oyunu Tovuzda keçirilmiş, qazanan «Qəbələ» olmuşdu.

Doqquz illik fasilənin ardından Premyer Liqaya dönən «Turan»ı 2 cavabsız qolla «salamlayan» Elmar Baxşıyev və futbolçuları bunun təsadüf olmadığını sübuta yetirməyə cani-dildən çalışmadı.

Tərəflərin ikinci qarşılaşmasında qapılara top vurulmadı. Mən bu mövsüm «Qəbələ»nin zəif oynamasını az görməmişdim.

Budəfəki oyun lap betər oldu.

«Qəbələ»nin canı legionerlərdir. Əcnəbilərin keyfi yerindədirsə, Baxşıyevin da simasından qan damacaq. Onların mıs-mırığı yer süpürürsə, baş məşqçinin də əhvalı olmur.

İlin son oyununa kökənləməmişdilər. «Turan Tovuz»u ciddiyə almamaqdan söhbət getmir. Söhbət ondan gedir ki, «Qəbələ» özü-özünü saymadı.

Sanki yerli futborlçuları da legioner komanda yoldaşlarına qoşulub, Milad bayramını qarşılamağa tələsirdi. İstirahətə çıxmağın həsrəti ilə meydana çıxdılar, 70-75 dəqiqəni «yola verdilər».

Bir neçə gün öncə «Qarabağ»ı kubokdan kənarlaşdıran «Qəbələ»nin kölgəsi də deyildi bu komanda. O oyun hara, bu oyun hara! Arada dağ-dərə fərqi göründü.

Yarımfinala qazanılan vəsiqəyə görə aldıqları 3000 manatı, deyəsən, hələ xərcləməyə yer tapmyıblar. Heç olmasa, mükafata görə oynamaq olardı, onu da etmədilər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi