“Qarabağ”ı udandan sonra titul qazanmaq şansımız da artdı"

24 Dekabr 2022 11:00 Qəbələ 359
“Qarabağ”ı udandan sonra titul qazanmaq şansımız da artdı"

“Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdırmalarına (2:2, 1:0) münasibət bildirib:

“Qarabağ”la kubok oyunları bizim üçün həlledici oldu. Bu qələbədən sonra titul qazanmaq şansımız da artdı. Hədəfimiz kuboku qazanmaqdır.

Bunun üçün cəmi 3 oyunu yüksək səviyyədə keçirmək kifayət edəcək. Eyni zamanda, kuboku qazanmaqla avrokuboklara vəsiqəni də rəsmiləşdirə bilərik”.

2021/22 mövsümünü “Şamaxı”da keçirən hücumameyilli oyunçu cari mövsüm formasını geyindiyi “Qəbələ”də daha uğurlu olduğunu söyləyib:

“Qəbələ”yə uyğunlaşma dönəmim “Şamaxı”ya adaptasiya prosesindən daha rahat keçdi. Buna görə də, meydandakı performansım indi daha yaxşıdır”.

Felipe Santos bu mövsüm “Qəbələ”nin heyətində keçirdiyi 22 oyunda 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti