Məşhur "Qarabağ"lının braziliyalılardan çəkdiyi nədir? - VİDEO

25 Dekabr 2022 16:40 Qəbələ 834
Məşhur "Qarabağ"lının braziliyalılardan çəkdiyi nədir? - VİDEO

"Qarabağ" ölkə kubokunda uğursuzluq yaşadı.

Komanda turnirin 1/4 final mərhələsində "Qəbələ"yə təslim olaraq mübarizəni dayandırdı.

Bakıdakı matçda 2:2 bərabərlik qeydə alınmışdısa, Qəbələdə keçirilən cavab görüşündə "qırmızı qaralar" Ramon Maçadonun qolu ilə qələbə qazanaraq mərhələ adlayan tərəf olmağı bacardı.

Braziliyalı forvard təkcə vurduğu qolla yox, bir başqa hərəkəti ilə də yerli tərəfdarları ayağa qaldırmağı bacardı.

Söhbət əcnəbi oyunçunun matçın 52-ci dəqiqəsində Qara Qarayevi əla fəndlə keçməsindən gedir.

Kifayət qədər baxımlı alınan keçid fanatların gurultulu alqışına səbəb oldu.

Maraqlı məqam ondadır ki, bir neçə gün əvvəl bu rəqiblərin duelində Qarayevi digər braziliyalı Felipe Santos əla fəndlə arxada qoymuşdu.

Həmin anın görüntülərin sizə təqdim edirik:

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti