“Qəbələ” seçim qarşısında - Bu iki yoldan hansı biri uduşludur?

21 Dekabr 2022 17:00 Qəbələ 705
“Qəbələ” seçim qarşısında - Bu iki yoldan hansı biri uduşludur?

«Qəbələ» cari mövsüm ilkə imza atdı.

Onlara qədər «Qarabağ»ı məğlub edə bilən tapılmamışdı.

Yəqin ki, rəhbərlik futbolçulara yaxşı mükafat verəcək. Nə verəcəklərsə, min halalı olsun!

Həqiqətən ciddi iş görüblər, sensasiyaya imza atıblar.
«Qəbələ» digərlərinə örnəkdir.

Bir daha göstərdilər ki, «Qarabağ»la oynamaq, mübarizə aparmaq, hətta onu yenmək mümkündür. Bunun üçün sadəcə, təpərli olmaq, onunla öz «dil»ində danışmaq, cəhd göstərmək lazımdır.

Elmar Baxşıyev indi seçim qarşısındadır. İki yoldan birinə üstünlük verməlidir - ya gücü Premyer Liqaya qoymalı, dördüncü yeri tutmağa çalışmalıdırlar, ya da kubokda finala vəsiqə qazanmağa, sonra da bu titulu qazanmağa səy göstərməlidir.

Hər ikisinin arxasınca düşsələr, Əli aşından da olacaqlar, Vəli aşından da.

Heyət qısırlıdır, çatışmazlıqlar çoxdur. İnanmıram ki, Tale Heydərov insafa gələcək və kluba yeni transferlər etməsi üçün normal büdcə ayıracaq.

Fəxri prezidentin səxavət kisəsi nə vaxtdır boşalıb və bu günün onun «Qəbələ»dən daha vacib işləri var, hansı ki, həll edə bilmir.

Bu iki yoldan hansı biri uduşludur? Mən bunu deyə bilmərəm. Qoy, Elmar Baxşıyev vəziyyəti özü götür-qoy eləsin, nəticə çıxarsın.

Funksionerlər var, köməkçiləri var, Məsləhətli don geniş olar, yeri düşsə, aparıcı futbolçularının da rəyini alsın.

Heç olmasa, mayda bütün məsuliyyətin altında tək qalmaması üçün.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA