"Qəbələ"nin yay transferi xarici mediaya özü haqda nə söylədi?

21 Dekabr 2022 11:00 Qəbələ 553
"Qəbələ"nin yay transferi xarici mediaya özü haqda nə söylədi?

"Hədəfimiz Azərbaycan Premyer Liqasında yuxarı pillələrə yüksəlməkdir".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin legioneri Felipe Santos "Esportenewsmundo" nəşrinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi ölkə kubokunda finala vəsiqə qazana biləcəklərini söyləyib: "Amma bunun üçün ilk olaraq yarımfinalda "Səbail"ə qalib gəlməliyik".

Braziliyalı oyunçu öz çıxışı barədə də danışıb:

"2022/2023 mövsümü müsbət keçir. Meydanda komanda yoldaşlarıma kömək etdiyimə görə şadam.

Üç fərqli mövqedə oynamağı bacarıram. Bu isə çox yaxşı haldır. Çünki rəqibdən və baş məşqçinin qəbul etdiyi taktikadan asılı olaraq sxemin dəyişməsinə yardımçı ola bilirəm".

Felipe Santos cari mövsüm "Qəbələ"də 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Qırmızı-qaralar" Premyer Liqada 24 xalla 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA