"Qarabağ"la matçda problem yaşayan futbolçudan XƏBƏR VAR

20 Dekabr 2022 19:40 Qəbələ 569
"Qarabağ"la matçda problem yaşayan futbolçudan XƏBƏR VAR

"Qarabağ"la ölkə kubokunun 1/4 final mərhələsin cavab matçında zədə alan "Qəbələ"nin müdafiəçisi Məqsəd İsayevin durumuna aydınlıq gəlib.

Arxa xətt oyunçusunun vəziyyəti ciddi deyil.

O, Premyer Liqanın növbəti turunun "Turan Tovuz"la görüşünə kimi hazır ola biləcək.

28 yaşlı futbolçu "Qarabağ"la oyunun 11-ci dəqiqəsində zədələnərək yerini Urfan Abbasova verməli olmuşdu.

Onun komandası isə 71-ci dəqiqədə Ramon Maçadonun vurduğu qolla mərhələni keçən tərəf olmağı bacarıb. Tərəflər arasında ilk görüşün 2:2 bərabərliklə başa çatdığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA