"Qəbələ"də bu imzanı braziliyalı hücumçu atdı

20 Dekabr 2022 11:00 Qəbələ 531
"Qəbələ"də bu imzanı braziliyalı hücumçu atdı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ev matçında “Qarabağ”a qalib gəlib – 1:0.

Görüşdə yeganə qola Ramon Maçado imza atıb.

Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, birinci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.

“Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Birinci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA