"Qəbələ"də onun həsrəti başa çatdı - FOTOLAR

19 Dekabr 2022 15:00 Qəbələ 588
"Qəbələ"də onun həsrəti başa çatdı - FOTOLAR

"Qəbələ" "Qarabağ"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşü üçün hazırlığını davam etdirir.

Doğma rayonda keçən hazırlığa qoşulan futbolçular arasında Yaovi Akakpo da var.

1 ildən artıqdır zədə səbəbindən komandadan uzaq düşən, bu müddətdə 2 dəfə əməliyyat olan oyunçu, nəhayət, dünən kollektiv məşqlərə start verib.

23 yaşlı legionerin sevincinin həddi-hüdudu yoxdur. Hər halda məşqlərdəki təbəssümü və öz sosial şəbəkə hesabından paylaşdığı post bunu deməyə əsas verir.

Toqolu yarımmüdafiəçi izləyiciləri ilə sevincini bu sözlərlə bölüşüb:

"Qəbələ"nin heyətində meydana qayıtdım. Komanda yoldaşlarımın yanına qayıtmaqdan və onlarla birgə toplu hazırlığa qoşulmaqdan çox xoşbəxtəm".

Yaovi ötən mövsüm əla start götürərək ilk 4 turda iki qolla yadda qalmışdı. Amma aldığı ciddi zədə onun uzun müddət yaşıl meydanlardan kənarda qalmasına səbəb olmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!