"Qəbələ”də bu ünvana sahib çıxan futbolçu kimdir?

19 Dekabr 2022 02:20 Qəbələ 597
"Qəbələ”də bu ünvana sahib çıxan futbolçu kimdir?

Urfan Abbasov “Qəbələ”də 250-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XVII turuna təsadüf edib.

O, “Qarabağ”la səfər qarşılaşmasında (0:1) sonradan meydana çıxıb.

Urfan “Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçudur. O, 250 matçda 4 qola imza atıb.

Müdafiəçi Premyer Liqada 204, Azərbaycan kubokunda 31, avrokuboklarda 15 dəfə şans qazanıb. Abbasovun bütün qolları çempionata təsadüf edib.

Futbolçu “Qəbələ”də 2011/12 mövsümündə debüt edib. O, 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev görüşündə (2:1) meydana çıxıb.

"Qarabağ”la matç zədə üzündən əməliyyat olunduğu üçün uzun müddət meydanlardan kənar qalan müdafiəçinin Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk oyunu olub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!