10 min manatlıq qapıçının çöküşü - "Semih Şentürk" bu dəfə…

15 Dekabr 2022 17:40 Qəbələ 1 028
10 min manatlıq qapıçının çöküşü - "Semih Şentürk" bu dəfə…

Səlahət Ağayevin bəxti gətirib.

Ki, formasını geyindiyi klubun prezidenti və ya baş məşqçisi deyiləm.

Bəndənizə verilən məlumat doğrudursa, «Qəbələ» ona hər ay 10 min manat maaş kəsib.

Mən də kəsərdim. Amma maaşını. 10 min manat nədir, 10 dənə bit vermərəm. Sırf axır həftələrdəki performansı səbəbindən.

Ağayev bu aralar çox düşüb. Qucağına gələn topları tuta bilmir, önünə qaytarır. Haradan və necə gəldi, qollar buraxır.

«İkinci toplar»a vaxtında özünü yetirən hücumçu istənilən dəqiqədə onun qoruduğu qapının torunu silkələyər.

Eyni imkanı «Qarabağ»ın ön xətt oyunçularına da yaratdı, ən çətin olanı etdilər, topu «çərçivə»yə ünvanlamadılar.

Səlahət belə. Gəlim Ülvi İsgəndərova. Elmar Baxışıyev Azərbaycanın «Semih Şentürk»ünü 78-ci - Ramil Şeydayevin penaltidən hesabı açmasından 10 dəqiqə sonra oyuna aldı.

Halbuki Ülvi daha əvvəl, heç olmasa, ikinci hissə başlayanda meydana daxil olmalı idi.

Hansı ki, «Qarabağ»ın müdafiəçiləri o dəqiqələrdə səhvləri sıralayırdı və bu, İsgəndərov kimi fürsətcil və əla mövqeyi seçməyi bacaran hücumçü üçün «yağlı əppək» idi.

Gecikən əvəzləmə «Qəbələ»nin ziyanına işlədi, ən azından 1 xaldan məhrum etdi.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA