Görün, baziliyalı forvard "Qarabağ"la oyunda nələr edib - VİDEO

14 Dekabr 2022 22:20 Qəbələ 636
Görün, baziliyalı forvard "Qarabağ"la oyunda nələr edib - VİDEO

Premyer Liqanın 17-ci turunun maraqlı qarşılaşmalarından biri Suraxanıda baş tutdu.

Burada lider "Qarabağ" "Qəbələ"ni qəbul etdi.

Gərgin mübarizə, qarşılıqlı hücumlar şəraitdən keçən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatdı - 1:0.

Matçdakı yeganə qolu çempionatın bombardiri olan Ramil Şeydayev penalda vurdu.

Matça damğasını vuran digər isim isə qonaqların forvardı Felipe Santos oldu.

Belə ki, braziliyalı legioner ilk hissənin gedişində etdiyi reydlə gözəl görüntülərə səhnə oldu.

Cərimə meydançasının həndəvərində topa sahib olan 29 yaşlı oyunçu bir hərəkətlə ağdamlıların iki təcrübəli üzvünü - Maksim Medvedev və Qara Qarayevi arxada qoyaraq qapıya zərbə endirdi.

Onu baxımlı keçidinin qolla nəticələnməsinə yalnız Şahruddin Məhəmmədəliyevin müdaxiləsi imkan vermədi. Düzdü, bunda zərbənin nisbətən zəif alınması da rol oynadı.

Amma futbolçunun keçidini təkrar-təkrar izləməyə dəyər:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA