Azərbaycan klubunda 1 il 3 aylıq intizar başa çatır – O, QAYIDIR

12 Dekabr 2022 23:00 Qəbələ 1 033
Azərbaycan klubunda 1 il 3 aylıq intizar başa çatır – O, QAYIDIR

“Qəbələ” xeyli vaxtdır yolunu gözlədiyi futbolçusuna qovuşur.

Ötən mövsümə fırtına kimi başlayan, meydana çıxdığı 4 oyunda 2 qol vuran Yaovi Akakpo 1 ildən çoxdur yaşıl meydan üzünə həsrət qalıb.

Ötən ilin sentyabrında aldığı zədə ona baha başa gəldi. Əməliyyat olundu, müalicə və bərpa dövrünü geridə qoydu.

Sonradan futbolçuya düzgün diaqnoz qoyulmadığı aşkarlandı və yenidən əməliyyat masasına uzandı.

Bütün çətinliklərə baxmayaraq, Elmar Baxşıyev toqolu hücumçunun yolunu səbrsizliklə gözləyir. Akakponun futbolçu keyfiyyətlərinə bələd olan baş məşqçi 23 yaşlı oyunçunun xidmətindən yararlanmaqda maraqlıdır.

Bunun üçünsə bir müddət gözləmək lazım gələcək. Belə ki, Yaovi artıq fərdi məşqlərə start verib. Lakin həkimlər bir müddət ağır məşqlərdən uzaq qalmağı tapşırıb.

Akakpo bu ay fərdi məşqlərlə kifayətlənəcək, yanvardakı təlim-məşq toplanışında komanda ilə hazırlıq keçəcək. Çempionatın ikinci yarısında meydana çıxmağa tam hazır olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA