"Əlbəttə, çətin olacaq, qarşıda bizi ağır təqvim gözləyir".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Murad Musayev deyib.
Bölgə klubu çətin dönəmə daxil olub.
Ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda "Qarabağ"la səfərdə 2:2 edən "qırmızı-qaralar" önümüzdəki 2 həftədə onlarla daha 2 dəfə qarşılaşmalı olacaq.
Musayev güclü rəqiblə sıx oyun cədvəlinin çətin olduğunu söyləyib, amma ümidli danışıb:
"Sona kimi mübarizə aparacağıq. İstəyimiz, motivasiyamız, komanda ruhumuz yerindədir.
Əla kollektivimiz var. Bir yerdə qələbələr qazanıb, azarkeşlərimzi sevindirmək istəyirik".

