“Ən böyük dəstəyi ailəmdən aldım, yavaş-yavaş özümə gəlirəm”

10 Dekabr 2022 21:00 Qəbələ 738
“Ən böyük dəstəyi ailəmdən aldım, yavaş-yavaş özümə gəlirəm”

“Mən əvvəlki kimi oynamaq üçün bundan sonra əlimdən gələni edəcəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov deyib.

6 aydan artıq çəkən zədədən sonar yaşıl meydanlara dönən “qırmızı-qaralar”ın vitse-kapitanı tezliklə tam formaya düşəcəyini bildirib:

“Ötən müddətdə heş kim öz dəstəyini məndən əsirgəmədi. Bu baxımdan hər kəsdən razıyam, sağ olsunlar.

Təbii ki, birinci növbədə ən böyük dəstəyi ailəmdən aldım. “Qəbələ” də mənə doğmadır və burada yenə uğur qazanmaq istəyirəm.

Hiss edirəm ki, yavaş-yavaş özümə gəlirəm".

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!