"Qəbələ" çoxlu PUL QAZANACAQ – Bu uşaqdan

9 Dekabr 2022 09:40 Qəbələ 1 091
"Qəbələ" çoxlu PUL QAZANACAQ – Bu uşaqdan

Zubir, Ozobiç və Kadisiz «Qarabağ»la mübarizə aparmaq çətinlik törətmir.

Bunu isbata gərək yox daha.

Həqiqət göz qabağındadır. Qurban Qurbanov, adətən, kubok oyunlarında çoxlu rotasiya etməyi xoşlayır.

Ənənə halına gətirib. Burada udub-uduzmaq onun üçün bir o qədər fərq eləmir.

Belə qarşılaşmalarda futbolçulara sərbəstlik imkanı yaradır, üstlərinə çox getmir.

«Qəbələ» əlinə düşən şansdan düzgün istifadə elədi. Emin Səfərovun hesabı açdığı epizodu təkrar-təkrar izləmək istərdim.

Klubun «şinel»indən çıxmış yarımmüdafiəçinin uzaq məsafədən vuruşu əla alındı. İstedad olmağına istedaddır.

Öz üzərində bir qədər də işləcəyi təqdirdə, 1-2 ildən sonra bütün iddialı klublar Eminin elçi daşının üzərində əyləşəcək.

Müştəriləri əskik olmayacaq. Elmar Baxşıyev ona daha çox şans verməlidir ki, «Qəbələ» mümkün transferdən qəşəng pul qazansın.

2:2 ədalətli nəticədir. «Qarabağ»la «Qarabağ» kimi oynamaq cəsarəti məni yaxşı mənada təəccübləndirdi.

Ümid edirəm ki, Lorentsiu Regekamfp bu oyunu izləməyə imkan tapacaq. Yaxud «Neftçi» rəhbərliyi qarşılaşmanın videosunu rumıniyalı baş məşqçiyə izlətdirəcək və göstərəcək ki, bax, adını eşidincə tir-tir əsdiyin «Qarabağ»a necə «diş» göstərmək olar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!