“Qəbələ”nin “seyxi”ni peşman etdilər – Biri bonus istədi, o biri Dubaya səslədi

6 Dekabr 2022 16:40 Qəbələ 664
“Qəbələ”nin “seyxi”ni peşman etdilər – Biri bonus istədi, o biri Dubaya səslədi

“Qəbələ”nin daxilində sağlam ab-havanın olduğunu görmək üçün komanda üzvlərinin sosial şəbəkə hesablarındakı paylaşım və şərhlərinə diqqət yetirmək kifayətdir.

Hansısa futbolçu izləyicilərinə yeni foto və ya video təqdim edəndə digər oyunçular fərqli münasibət göstərir.

Bu mənada məzəli şərhlər diqqət çəkir.

“İnstagram”da fəallığı ilə seçilən Ruan Renato paylaşım edib. Bir müddət öncə sevgilisi ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə səfər edən təcrübəli müdafiəçi şeyxlərə xas qiyafədə şəkil çəkdirib.

Renatonun bu görkəmi futbolçu yoldaşlarını dilə gətirib. Şərh yazanlar arasında təkcə “Qəbələ”nin yox, “Neftçi”ylə “Şamaxı”nın üzvlərini də görmək mümkündür.

Ramon Maçado: “Bu, artıq reallıqdır”.

Gilyerme Pato: “Ay səni, Rik”.

Rafael Utziq: “Vəziyyətə baxan yeni şeyx”.

Murad Musayev: “Gələn il “Qəbələ”yə 3-4 milyon verəcəksən. Yox?”

İsnik Alimi: “Qardaş, bonuslarımızı ver”.

Emil Səfərov: “Habibi, Dubaya gəl”.

Kamal Mirzəyev: “Eeeee”.

Rövlan Muradov: “Habibi, mənə bax”.

Ruan Renato 2021-ci ilin yayından “Qəbələ”nin formasını geyinir. O, geridə qalan müddətdə 49 oyunda 2 qol vurub.

HƏBİB / SPORTINFO/AZ

Digər Xəbərlər
Xəbər Lenti