Vaxtilə “Arsenal”da çıxış etdi, bu pula Azərbaycanın əyalət klubuna gəldi

10 Avqust 2022 19:00 Qəbələ 1 243
Vaxtilə “Arsenal”da çıxış etdi, bu pula Azərbaycanın əyalət klubuna gəldi

Transfer çalışmalarını davam etdirən "Qəbələ" bu gün heyətinə rəsmən daha bir legioner qatıb.

Bununla, klubun rəsmi saytı Sportinfo.az-ın avqustun 4-də yaydığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qebele/146458.html).

“Qırmızı-qaralar" ukraynalı yarımmüdafiəçi Andrey Strijakla “nigah bağlayıb”. 23 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi peşəkar karyerası ərzində “Şaxtyor” (2017/2018), “Arsenal” (2018/2019), “Vorskla” (2019), “Çernomorets” (2020), “Ximik” (2020), “Metallist” (2021-2022), “Olimpik” (2021) və Xorvatiyanın “Medimurye” (2022) klublarının formasını geyinib.

Ukraynalının Azərbaycanda qazanacağı aylıq məbləğ 5500-6000 dollar civarında təşkil edəcək.

Bu, "Qəbələ"nin yay transfer dövründə altıncı oyunçu keçididir. Bölgə təmsilçisi bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos, Feras Abu Akal və Ramon Maçadonu sıralarına qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"