“Fehervar” vs “Qəbələ”: Bu oyunda kim autsayderdir?

21 İyul 2022 19:10 Qəbələ 938
“Fehervar” vs “Qəbələ”: Bu oyunda kim autsayderdir?

Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Fehervar” (Macarıstan) – “Qəbələ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları Sekeşfexervarda mübarizə aparacaq Azərbaycan təmsilçisini matçın autsayderi sayır.

Bu gün “MOL Arena Sosto”da baş tutacaq matçda “Qəbələ”nin qələbəsi 12,50, məğlubiyyəti 1,31 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,90 əmsal verilib.

“Qırmızı-qaralar”ın macarlarla səfər matçının canlı yayımlanması məsələsi müsbət həllini tapıb. "CBC Sport" telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-dan etibarən “CBC İnternational” telekanalının canlı efirində olacaq.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Qəbələdə keçiriləcək. Həmin görüş də “CBC İnternational”la canlı yayımlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti