"Qəbələ"nin braziliyalı legioneri Ruan Renato instaqram hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, bölgə klubunun müdafiəçisi bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəkləri oyun barədə yazıb:
"Hamımız yeni sezona hazırıq. Mövsümün ən vacib oyununa çıxırıq. Biz tam hazırıq. Biz birlikdə daha güclüyük, irəli "Qəbələ"!"
"Fehervar" (Macarıstan) - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


