"Arxada qalan mövsümü unutmaq lazımdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov deyib.
“Qəbələ” bu gün 2022-2023-cü illər mövsümünə start verəcək. “Qırmızı-qaralar” yeni “futbol ili”nə avrokubok matçı ilə başlayacaq.
Tarixində 7-ci dəfə avrokuboklara vəsiqə qazanan “Qəbələ” Konfrans Liqasında debüt edəcək.
Əyalət komandası II təsnifat mərhələsində “Fehervar”la görüşəcək. İlk qarşılaşma sabah Macarıstanda baş tutacaq.
24 yaşlı forvard "ötən mövsüm olduğu kimi, Konfrans Liqasında da surpirz edə biləcəksizmi" sualına iddialı cavab verib:
"Yaxşı heyətimiz və güclü istəyimiz var. Bu yay ciddi hazırlıq keçmişik.
İndi də hamı “Qəbələ”nin bu il Premyer Liqada necə çıxış etməsindən danışır. Biz isə ondan daha yaxşısını etməyə çalışacağıq".

