“Qəbələ”dəki ab-hava onların xoşuna gəlir“

20 İyul 2022 09:20 Qəbələ 767
“Qəbələ”dəki ab-hava onların xoşuna gəlir“

“Komandaya yeni futbolçular qoşulub, onların çox kömək edəcəyini düşünürəm“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ“nin yarımmüdafiəçisi İsnik Alimiyə məxsusdur.

Şimali makedoniyalı legioner yeni transferlər və komandada formalaşan atmosfer barədə fikirlərini bildirib:

“Görünən odur ki, yeni oyunçular uyğunlaşmada hər hansı problem yaşamırlar. Biz də komandanın təcrübəliləri kimi onlara yardımçı olmağa çalışırıq.

Yeni transferlərin işə yanaşması, motivasiyası, konsentrasiyası ilə komandaya böyük qatqısı olacaq. Heyətə yeni qoşulan futbolçular “Qəbələ”dəki xoş, ailə, dostluq atmosferini hiss edirlər.

Belə ab-hava onların xoşuna gəlir. Özüm də komandaya gəldiyim gündən xoş mühiti, dostluğu, bir-birinə yardım etməyi görmüşəm.

Yeni gələnlər də bunu hiss edir. Biz də onlara yardım göstəririk.

Düşünürəm ki, növbəti mövsüm həm göstərdiyimiz futbolla, həm də dostluq mühiti içində yaratdığımız bu güclü kollektivlə daha yaxşı nəticələrə nail olacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti