Macarıstan “Fehervar” Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"yə qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Mixael Boris siyahıya 21 oyunçu daxil edib.
“Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də evdə, cavab matçını isə iyulun 28-də səfərdə keçirəcək.
Qapıçılar: 1. Daniel Kovaç, 42. Emil Rokkov
Müdafiəçilər: 4. Adrian Rus (Rumıniya), 5. Attila Fiola, 11. Loik Neqo, 13. Artyom Şabanov (Ukrayna), 22. Stopira (Kabo-Verde), 26. Mixael Lüftner (Çexiya), 31. Nikola Serafimov (Şimali Makedoniya), 55. Marsel Heyster (Almaniya), 65. Silvester Hanqya
Yarımmüdafiəçilər: 6. Peter Pokornı (Slovakiya), 8. Yevgeni Makarenko (Ukrayna), 21. Ruben Pintu (Portuqaliya), 23. Pal Darda, 80. Boqdan Lednev (Ukrayna), 94. Klaudiu Bumba (Rumıniya)
Hücumçular: 7. İvan Petriak (Ukrayna), 9. Budu Zivzivadze (Gürcüstan), 19. Kenan Kodro (Bosniya və Herseqovina), 70. Funşo Bamqboye (Nigeriya)

