“Ötən mövsüm o qədər əziyyət çəkməmişik ki…“

19 İyul 2022 09:00 Qəbələ 718
“Ötən mövsüm o qədər əziyyət çəkməmişik ki…“

“Konfrans Liqasına tam, 100 faiz hazır olduğumuzu deməzdim“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ“nin kapitanı Asif Məmmədova məxsusdur.

Yarımmüdafiəçi Konfrans Liqasına hazırlığı qiymətləndirib:

”Macarıstan klubu ilə ilk matça 70-80 faiz hazırıq. Yoxlama və rəsmi oyunlar eyni deyil”.

Asif “Fehervar”ın qarşılaşmalarını izlədiklərini bildirib, rəqibin gücünü dəyərləndirib:

“Güclü komandadır. Ustalıq səviyyəsi ilə seçilən futbolçuları da var. Üç matçı izləmişik.

Bu komanda hücumlara çıxanda təhlükəli olur. Bizi qarşıda çətin oyun gözləyir. Təbii ki, ağır olacaq.

Lakin ötən mövsüm o qədər əziyyət çəkməmişik ki, ilk rəqiblə dueldə mübarizəni dayandıraq. Futboldur, hər şey ola bilər.

Mərhələ adlamaq üçün əlimizdən gələn, bizdən asılı olan hər şeyi edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti