“Qəbələ” səhər yeməyini Türkiyədə yeyib, naharı Macarıstanda edəcək

19 İyul 2022 01:20 Qəbələ 565
“Qəbələ” səhər yeməyini Türkiyədə yeyib, naharı Macarıstanda edəcək

2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər.

“Qəbələ” bu gün səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq.

Ardınca komanda Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar”la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti