“Vaxtımız az olduğu üçün iki yoxlama görüşü keçirdik“.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ“nin yarımmüdafiəçisi Asif Məmmədov dilə gətirib.
Kapitan Türkiyə təmsilçisi “Qaziantep” (1:2) və Rumıniya “Çiksereda”sı (2:1) ilə yoxlama görüşləri barədə fikirlərini bildirib:
“Türkiyə Superliqa təmsilçisi “Qaziantep”lə qarşılaşma birinci sınağımız idi. Həmişə ilk matçlar ağır olur.
Uduzmağımıza baxmayaraq, bu qarşılaşmada da yaxşı oynadıq. Həmin matçdan nəticə çıxardıq və Rumıniya klubu “Çiksereda”ya qalib gəldik.
Hamı fikirləşə bilər ki, Rumıniya çempionatının birinci liqa təmsilçisi zəif komandadır. Amma heç də onların düşündüyü kimi deyil.
Bu klubun büdcəsi də bizdən yüksəkdir, heyətində də təcrübəli və yetərincə səviyyəli futbolçular var. Heç kim fikirləşməsin ki, zəif komandanı udmuşuq”.

