“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov komandamızın hazırlıq durumunu gabalafc.az-a açıqlayıb:
“Özümü yaxşı hiss edirəm. Komandada da hər şey əladır. Əsas odur ki, zədəli futbolçumuz yoxdur.
Heyətimiz ötən mövsüm olduğu kimi kiçik olduğu üçün hər hansı oyunçunun zədələnməsi bizə çətin başa gələ bilər.
“Fehervar”la ilk qarşılaşmaya 4 gün qalıb. Hər şey qaydasındadır. Belə davam etsək, vətənə müsbət nəticə ilə dönəcəyik”.

