“Bəlkə də yaxın günlərdə elə bir futbolçu təklif olunar ki…“

18 İyul 2022 22:20 Qəbələ 1 107
“Bəlkə də yaxın günlərdə elə bir futbolçu təklif olunar ki…“

“Artıq neçə vaxtdır hücumameyilli futbolçu axtarışlarımız davam edir, lakin indiyə qədər istədiyimizi tapmamışıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Konfrans Liqasında mübarizə aparacaq "Qəbələ" Macarıstandan "Fehervar"la üz-üzə gələcək.

Əyalət klubu ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

“Fehervar”la oyuna qədər komandada yeni ad gözlənilir? Baxşıyev bildirib ki, ortada konkret ad olmadığından, dəqiq fikir söyləmək çətindir:

“Bəlkə də yaxın günlərdə elə bir futbolçu təklif olunar ki, dərhal maraq dairəmizə düşər və onunla razılaşarıq. İndiki vəziyyətdə elə bir ad yoxdur“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti