“Danışırıq, maraqlanırıq”

16 İyul 2022 21:20 Qəbələ 1 190
“Danışırıq, maraqlanırıq”

“Qəbələ”nin legioneri Yaovi Akakpo iyunun 25-də əməliyyat olunub.

23 yaşlı toqolu yarımmüdafiəçinin diz qığırdağından keçirdiyi əməliyyatı uğurla keçib.

2020-ci ildən “Qəbələ”də oynayan Akakpo ilə müqavilənin müddəti 1 il uzadılıb. Amma afrikalı Konfrans Liqasının “Fehervar”la qarşıdakı matçlarda forma geyinməyəcək.

Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev bildirib:

“Bildiyiniz kimi, 20 gün əvvəl diz qığırdağından əməliyyat olundu. Əməliyyatdan sonra müalicəsini davam etdirir.

Həkimi ilə danışırıq, özü ilə mütəmadi maraqlanırıq. Komandaya nə vaxt qoşulacağını dəqiq demək çətindir.

Müalicədən və bərpadan asılı olacaq. Ümid edirik ki, çempionatın startına qədər məşqlərimizə qoşulacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti