Braziliya mətbuatına "Qəbələ"dən dediyi sözlər bu oldu

16 İyul 2022 09:20 Qəbələ 1 382
Braziliya mətbuatına "Qəbələ"dən dediyi sözlər bu oldu

“Qəbələ”nin hücumçusu Rafael Utziq Braziliya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Lance”ya danışan braziliyalı Türkiyədəki toplanışı dəyərləndirib:

"Hazırlığa çox isti havada başladıq. Braziliyanın daha soyuq bölgəsindən gələnlər çətinlik çəkir.

Amma buna öyrəşməmişəm deyə bilmərəm. Klub rəhbərliyi bizi ilin bu vaxtı üçün ən yaxşı iqlimi olan Türkiyənin Bolu şəhərinə gətirməyi qərara aldı.

Hazırlığımız yaxşı gedir. Tətil qısa idi deyə, bərpa olunmaq da tez alındı.

Məşqlərə qayıtmağımla bağlı problemim olmadı. Toplanışın əvvəlində fiziki hazırlıq diqqət mərkəzində olur.

Ən qısa zamanda fiziki sarıdan yaxşı durumda olmalıyıq. Çünki təxminən bir həftə sonra Macarıstanda avrokuboklardakı ilk oyunumuza çıxacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti