"Qəbələ" Konfrans Liqasına kimlərlə gedir? - UEFA-ya göndərilən iştirak ərizəsi

15 İyul 2022 17:20 Qəbələ 1 343
"Qəbələ" Konfrans Liqasına kimlərlə gedir? - UEFA-ya göndərilən iştirak ərizəsi

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Macarıstan “Fehervar”ı ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Siyahıda ümumilikdə 26 futbolçu yer alıb.

“Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də, cavab matçı 28-də baş tutacaq. Komanda ilk matçı səfərdə keçirəcək.

Qapıçılar: 1. Səlahət Ağayev, 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 22. Həsən Həsənli

Müdafiəçilər: 2. İlkin Qırtımov, 4. Ruan Renato, 12. Rüfət Əhmədov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 34. Urfan Abbasov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev

Yarımmüdafiəçilər: 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 88. Gülağa Əsədov

Hücumçular: 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 17. Yaovi Akakpo, 23. Rafael Utziq, 77. Emil Səfərov, 97. Felipe Santos

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti