"AFFA-nı gözləməkdə davam edirik, başqa əlacımız da yoxdur"

15 İyul 2022 15:00 Qəbələ 1 253
"AFFA-nı gözləməkdə davam edirik, başqa əlacımız da yoxdur"

«AFFA ilə apardığımız danışıqlarda hələlik heç bir yenilik yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Nail Kərimov deyib.

Klub funksoneri bildirib ki, federasiyanın onlara ayıracağı yardım paketinin məbləği dəqiqləşməyib.

O, yaranmış qeyri-müəyyənlikdən narahat olduqlarını, bununla belə, gözləmə mövqeyində dayandıqlarını söyləyib:

«Başqa əlacımız da yoxdur. Çünki AFFA-nın özü də prosesin uzanmasının səbəbini bilmir.

Onlar da gözləyir. Əlbəttə, biz istəyirik ki, büdcəni bilək və işimizi ona uyğun olaraq quraq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti