“Bu, bizi çəkindirmir, qorxutmur - Öz üzərimizdə hər tərəfdən təzyiq hiss edəcəyik“

15 İyul 2022 22:40 Qəbələ 858
“Bu, bizi çəkindirmir, qorxutmur - Öz üzərimizdə hər tərəfdən təzyiq hiss edəcəyik“

“Qəbələ“nin legioneri İsnik Alimi Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar”la görüşləri barədə düşüncələrini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi Macarıstan klubunu yüksək əzmkarlığın hesabına üstələməyin mümkünlüyünü qeyd edib:

“Komandamızın heyətindəki bir çox futbolçu Avropa miqyaslı turnirlərdə ilk dəfə iştirak edəcək. Yəni, ilk dəfə belə hissləri, fərqli oyun təcrübəsini yaşayacaq.

Bu, komanda olaraq bizi çəkindirmir, qorxutmur. Düzdür, qarşıdakı matç digər oyunlar kimi olmayacaq.

Öz üzərimizdə hər tərəfdən bir az təzyiq hiss edəcəyik. Amma bu, futboldur. Biz meydana yüksək əzmlə çıxmalı və öz oyunumuzu göstərməliyik.

Əlimizdən gələnin ən yaxşısını etməli və istədiyimiz nəticəni qazanmağa çalışmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti