"Bu qarşılaşma "Qəbələ"yə qarşı Konfrans Liqasında keçiriləcək matç üçün əla sınaq idi".
Sportinfo.az xəbər verir ki, bunu Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris "Qalatasaray"a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu ilə bağlı danışarkən deyib.
47 yaşlı mütəxəssis İstanbul təmsilçisi ilə görüşdən çox razı qaldığını bildirib. Boris artıq "Qəbələ" ilə oyuna kökləndiklərini söyləyib:
"Beynimdə start heyəti formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız olacaq.
Hazırlıq prosesini planlaşdırılandan bir gün əvvəl başa vururuq. Çünki oyunçuların bir az istirahətə ehtiyacı var".
"Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

