“Ürəyimizcə olan futbolçu ilə anlaşa bilməsək, transfer etməyəcəyik”

14 İyul 2022 21:00 Qəbələ 1 538
“Ürəyimizcə olan futbolçu ilə anlaşa bilməsək, transfer etməyəcəyik”

“Bizə bundan belə yalnız bir mövqeyə – hücum xəttinə legioner lazımdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov deyib.

Transfer bazarındakı son vəziyyətlə bağlı saytımıza danışan funksioner hələlik son keçidi reallaşdıra bilmədiklərini söyləyib:

“Alacağımız oyunçu sırf hücumçu da ola bilər, hücumameylli yarımmüdafiəçi də. Bəyəndiyimiz var, amma bizim şərtlərə uyğun gəlmir.

Qarşı tərəfin tələb etdiyi vəsaiti ona verə bilmirik. Ona görə də gözləmə mövqeyindəyik.

Fikrimiz var idi ki, bu transferi Kpnfrans Liqasına kimi başa çatdıraq. Biz bunu əvvəl də demişdik.

Sadəcə, transfer xətrinə transfer etmək də istəmirik. Ürəyimizcə olan futbolçu ilə anlaşa bilməsək, transfer etməyəcəyik”.

Konfrans Liqasında Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq “qırmızı-qaralar” bu yay 4 yeni futbolçu gətirib.

İlkin Qırtımov (“Şamaxı”), Səlahət Ağayev (“Sabah”), Felipe Santos (“Şamaxı”) və Feras Abu Akalla (“Aşdod”, İsrail) birillik müqavilə imzalanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti