"Qəbələ"nin üzü iki dəfə güldü – BOLUDAN FOTOREPORTAJ

14 İyul 2022 02:50 Qəbələ 1 192
"Qəbələ"nin üzü iki dəfə güldü – BOLUDAN FOTOREPORTAJ

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Rumıniya təmsilçisi “Çiksereda” ilə görüşüb.

Baş məşqçi Elmar Baxşıyev Bolu toplanışının son sınağında aşağıdakı start “11-liy”inə şans verib:

Səlahət Ağayev, Asif Məmmədov, Murad Musayev, Ruan Renato, Məqsəd İsayev, İlkin Qırtımov, İsnk Alimi, Felipe Santos, Rafael Utziq, Rövlan Muradov, Feras Abu Akal.

Görüş erkən qolla başlayıb. Rövlan Muiradov üçüncü dəqiqədə hesabı açıb. Fəal oyun nümayiş etdirən “qırmızı-qaralar” fasiləyədək hesabı artırmaq şanslarından yararlanmayıb.

Fasilədə və ikinci 45 dəqiqədə hər iki komandanın heyətində dəyişikliklər olub. Rumıniyalılar 47-ci dəqiqədə penaltidən fərqlənib.

Cəmi 5 dəqiqə sonra Asif Məmmədov “Qəbələ”ni hesabda yenidən önə çıxarıb – 2:1. Bu qoldan sonra komandaların səylərinə baxmayaraq hesab dəyişməz qalıb.

Beləliklə, “qırmızı-qaralar” Bolu toplanışındakı son matçında 2:1 hesablı qələbə qazanıb.

“Qəbələ” – “Çiksereda” 2:1

Qollar^ Rövlan Muradov, 3, Asif Məmmədov, 52

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti